...

Dövlət Miqrasiya Xidmətinin ilk mətbu orqanı nəşr olunub (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2010 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Miqrasiya Xidmətinin ilk mətbu orqanı - "Miqrasiya" jurnalı işıq üzü görüb.

Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, jurnal Azərbaycan və ingilis dillərində dərc edilib.

Mətbu nəşrdə Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilib.

Jurnal 24 dekabr 2010-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti