...

Azərbaycanda indiyədək məlum olmayan qədim dövlətin qalıqlarından arxeoloji muzey yaradılacaq

Cəmiyyət Materials 7 Yanvar 2011 18:23 (UTC +04:00)
Azərbaycanın Oğuz rayonu ərazisində muzey yaradılacaq. Muzeyin ekspozisiyasınsa tarixə məlum olmayan dövlətin qalıqları nümayiş olunacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki, Qax və Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib.
Azərbaycanda indiyədək məlum olmayan qədim dövlətin qalıqlarından arxeoloji muzey yaradılacaq

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Oğuz rayonu ərazisində muzey yaradılacaq. Muzeyin ekspozisiyasında tarixə məlum olmayan dövlətin qalıqları nümayiş olunacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki, Qax və Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib.

"AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Oğuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə gələcəkdə qazıntıların aparılacağı doqquz kurqanda muzey yaratmağı planlaşdırır", - Muxtarov qeyd edib.

2010-cu ilin sonunda Azərbaycan ərazisində e.ə. II minilliyə aid olan və bu günə qədər məlum olmayan dövlətin qalıqları tapılıb. Oğuz rayonunun Kərimli kəndindəki kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı bu dövlətin 250 il ərzində eyni və ya müxtəlif sülalələr tərəfindən idarə edilməsi ehtimalı ortaya çıxıb.

Kərimli kəndində 2 saylı kurqandakı dəfn çalasından çıxan arxeoloji materiallar güman etməyə əsas verir ki, bu abidə e.ə. II minilliyin I rübünə, yəni orta tunc dövrünə təsadüf edir.

Ekspedisiya rəisinin sözlərinə görə, yeraltı muzeydə uzunluğu bir kilometrə yaxın olan tunel salınacaq. "Hələlik qazıntılar yalnız bir neçə kurqanda aparılıb, lakin tapılan arxeoloji materiallar güman etməyə əsas verir ki, tədqiq edilən dövlətin Hindistan, Mesopotamiya və Misirlə ticarət əlaqələri olub", - Muxtarov bildirib.

Xəbər lenti

Xəbər lenti