Azərbaycan, Bakı 12 yanvar /Trend, müxbir M.Əliyev/
"Bakı" klubu əvvəllər heyətində oynayan Rafael Əmirbəyov ilə müqavilə imzalayıb.
Trend-in məlumatına görə, yay transfer pəncərəsində "Gəncə"yə keçən və 6 ay müddətində bu komandanın formasını geyən Rafael Əmirbəyov yenidən "zolaqlıların" heyətinə qaytarılıb.Qarşılıqlı razılığa əsasən, təcrübəli müdafiəçi mövsümün sonuna qədər "Bakı"nın idman şərəfini qoruyacaq.
Əmirbəyov "Bakı"nın heyətində ən çox oyun keçirən futbolçudur.