...

Azərbaycanda rəsmi bukmeker kontorları gələn həftədən fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 13 Yanvar 2011 16:02 (UTC +04:00)
Azərbaycanda 18 yanvarda bukmeker kontorlarının fəaliyyətə başlaması ilə əlaqədar təqdimat keçiriləcək.
Azərbaycanda rəsmi bukmeker kontorları gələn həftədən fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 18 yanvarda bukmeker kontorlarının fəaliyyətə başlaması ilə əlaqədar təqdimat keçiriləcək. Bu barədə Trend-ə Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Bu işlərlə məşğul olan "Azinteltek" strukturu post-terminal hazırlayıb və bu avadanlığın idarə olunması üzrə treninqlər aparılıb.

İndiydək qanunsuz əsasda işləyən bütün kontor və məntəqələrin fəaliyyəti dayandırılacaq.

Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarının totalizatorlara (idman mərc oyunlarına) daxil edilməyəcəyi planlaşdırılır.

Azərbaycan hökuməti avqustun 23-də idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsini müəyyən edib.

Qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi 4,2 faiz həcmində müəyyən edilib.

Ötən ildən etibarən ölkədə idman totalizatorlarının fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Gənclər və İdman Nazirliyində Türkiyənin "İnteltex" şirkəti ilə birgə totalizatorların fəaliyyətini həyata keçirəcək "Azəridmanservis" idarəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti