...

Bakıda London Olimpiyadasında yarışları idarə etməyə vəsiqə verən seminar başlanıb (FOTO)

Cəmiyyət Materials 14 Yanvar 2011 15:15 (UTC +04:00)
Cümə günü Bakıda London Olimpiadasında yarışları idarə etməyə vəsiqə verən seminar başlayıb.
Bakıda London Olimpiyadasında yarışları idarə etməyə vəsiqə verən seminar başlanıb (FOTO)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir M.Əliyev/

Cümə günü Bakıda London Olimpiyadasında yarışları idarə etməyə vəsiqə verən seminar başlayıb. Bu barədə Trend-ə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Avropa və Afrikanın 45-dək ölkəsindən 97 beynəlxalq dərəcəli hakimin iştirakı ilə keçirilən seminarının açılışında Dünya Taekvondo Federasiyasının (WTF) Hakimlər Komitəsinin sədri Şakir Çelbat tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib.

Dünya Taekvondo Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkil etdiyi olimpiada hakimlərinin seçim seminarı kimi mötəbər tədbir Azərbaycanda ilk dəfə keçirilir. Seminarın praktiki hissəsi Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək. Olimpiya hakimlərinin seçimi prossesində referilərin səviyyəsi (klass), son olimpiya dövründə (4 il) iştirak etdiyi beynəlxalq yarışlar, imtahanlarda cavabları nəzərə alınacaq. Bakıda təşkil edilən mötəbər seminardan seçilən 24 hakim mayda Koreyada olimpiya lisenziyalı dünya çempionatında, iyulun əvvəlində isə yenidən paytaxtımızda olimpiadaya vəsiqə verən beynəlxalq turnirdə bir daha sınanacaqlar.

2012-ci il London Olimpiadasında taekvondo yarışlarını idarə etməyə vəsiqə almaq məqsədilə seçim seminarına Azərbaycanın 7 beynəlxalq dərəcəli referisi - Elşən Quliyev (ATF-in baş hakimi), Oh Kvang Cheol, Gunduz Abdullayev, Elşad Məmmədov, Ramal Camalov, Ramal Əsgərov və Etibar İbrahimov qatılacaq.

Xəbər lenti

Xəbər lenti