...

Azərbaycanda yol polisi axtarışda olan 21 nəfəri saxlayıb

Cəmiyyət Materials 19 Yanvar 2011 12:03 (UTC +04:00)
Ötən il Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 160 məlumat daxil olub. Onlardan 148-i tapılıb, açılma faizi 92,5 faiz təşkil edib.
Azərbaycanda yol polisi axtarışda olan 21 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 160 məlumat daxil olub. Onlardan 148-i tapılıb, açılma faizi 92,5 faiz təşkil edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) çərşənbə günü Trend-ə verilən məlumata görə, ötən il yol polisi tərəfindən axtarışda olan 21 nəfər yaxalanıb. Yol polisi əməkdaşları tərəfindən 11 ədəd Kalaşnikov avtomatı, 8 ədəd tapança, 2 ədəd "TOZ" markalı tüfəng, 5 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 2814 ədəd müxtəlif kalibrli patron, 18 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilib. 2010-cu il ərzində polisin digər xidmətləri ilə birgə 50 fakt üzrə 45,739 kq narkotik maddə aşkar olunub.

İdarənin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 30 nəfər şəxs və 81 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 346 fakt aşkar olunaraq, materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti