...

Azərbaycan Hərbi Prokurorluğu ötən il təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 182 yoxlama keçirib

Cəmiyyət Materials 27 Yanvar 2011 18:22 (UTC +04:00)
Azərbaycan Respublikası Hərbi Prokurorluğu 2010-cu ildə təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 182 yoxlama keçirib.
Azərbaycan Hərbi Prokurorluğu ötən il təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 182 yoxlama keçirib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Hərbi Prokurorluğu 2010-cu ildə təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 182 yoxlama keçirib. Trend-in məlumatına görə, bunu Hərbi Prokurorluğun cümə günü keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib.

"Yoxlama nəticəsində 2450 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 264 təqdimat göndərilib, 146 nəfərə xəbərdarlıq edilib, 67 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 122 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 74 qanunsuz qərar ləğv edilib", - Vəliyev deyib.

Qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar olaraq Müdafiə Nazirliyinin hüquq idarəsinin nəzdində yeni təhqiqat şöbəsi və onun tabeliyində 8 təhqiqat bölməsinin yaradıldığını bildirən hərbi prokuror ərazi hərbi prokurorlarının təhqiqat bölmələri ilə əlaqəli işləmələrinin, ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Hərbi prokurorun sözlərinə görə, hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbənin fəaliyyəti səmərəli olub. Şöbə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 53 apelyasiya protestinin 65 faizi təmin olunub.

Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, eləcə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 267 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Xəbər lenti

Xəbər lenti