...

Gürcüstan Azərbaycan universitetləri ilə memorandumun imzalanacağına ümid edir – Giuli Alasaniya (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2011 15:13 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın ali məktəbləri arasında əməkdaşlığa dair memorandumun imzalanacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin anası, "İnternational Black Sea" Universitetinin rektoru Giuli Alasaniya məlumat verib.
Gürcüstan Azərbaycan universitetləri ilə memorandumun imzalanacağına ümid edir – Giuli Alasaniya (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan və Gürcüstanın ali məktəbləri arasında əməkdaşlığa dair memorandumun imzalanacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin anası, "İnternational Black Sea" Universitetinin rektoru Giuli Alasaniya məlumat verib.

"Biz yerli universitetlərlə memorandumların imzalanacağına ümid edirik. Bu səfərdən sonra əməkdaşlığımız daha aktiv olacaq", - Alasaniya deyib.

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında münasibətlər çox yaxşıdır.

"Gürcüstanla Azərbaycan arasında münasibətlər çox yaxşıdır, başqa cür ola da bilməz", - "Qafqaz Dostluq Evi"nə rəhbərlik edən Alasaniya bildirib.

"İnternational Black Sea" Universiteti rektorunun dördgünlük səfəri "YES Azərbaycan" beynəlxalq məsləhət qrupu tərəfindən təşkil olunub.

Səfər proqramına təhsil, mədəniyyət və turizm, rabitə və informasiya texnologiyası nazirlərinin, Azərbaycanın Diasporla iş, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitələri sədrləri ilə görüşlər daxil edilib. Eləcə də Alasaniyanın Parlamentin vitse-spikeri Bahar Muradova, Azərcell-in prezidenti Əli Ağan, ombudsman Elmira Süleymanova ilə görüşləri də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti