...

İran milli komandasının baş məşqçisi vəzifəsinə Karluş Keyruş gətirilir

Cəmiyyət Materials 8 Fevral 2011 11:28 (UTC +04:00)
İranın milli futbol komandasın baş məşqçisi vəzifəsinə məşhur portuqalıyalı mütəxəssis Karluş Keyruş gətirilir. Bu barədə Trend sport360.com saytına istinadən məlumat verir.
İran milli komandasının baş məşqçisi vəzifəsinə Karluş Keyruş gətirilir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir T.Cəfərov/

İranın milli futbol komandasın baş məşqçisi vəzifəsinə məşhur portuqalıyalı mütəxəssis Karluş Keyruş gətirilir. Bu barədə Trend sport360.com saytına istinadən məlumat verir.

Məlumata əsasən, Keyruş 6 milyon dollar məbləğində üçillik müqavilə imzalayaraq İran milli komandasınıpn baş məşqçisi olacaq. Keyruş hazırda Tehranda səfərdədir və İran Futbol Federasiyasının rəsmiləri ilə bu məsələ üzrə danışıqlar aparır.

Keyruş "Sport360" saytına açıqlamasında İran millisinə baş məşqçi gətirilməsi ilə bağlı danışıqların aparıldığını təsdiqləyib.

Karluş Keyruş əvvəllər "Sportinq" (Portuqaliya), "Real Madrid" (İspaniya), BƏƏ və CAR yığmalarına da rəhbərlik edib. Keyruş millinin Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında ümidləri doğrultmaması, eləcə də 2012-ci il Avropa çempionatının seçmə mərhələsinə uğursuz başlaması səbəbindən Portuqaliya yığmasından qovulub.

Bundan öncə İran milli komandasına Diyeqo Maradonanın baş məşqçi gətiriləcəyi ilə bağlı məlumat verilmişdi.

Xəbər lenti

Xəbər lenti