Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulan humanitar yardımların paylanmasında nöqsanlar tamamilə aradan qalxıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
"Əvvəllər humanitar yardımların paylanması, yemək xərclərində mənimsəmə məsələləri dəfələrlə mətbuatda açıqlansa da, indi belə yazılara rast gəlinmir" - o, bildirib.
Həsənovun sözlərinə görə, hazırda qaçqın və məcburi köçkünlərin mənzillərə köçürülməsində nöqsanlara yol verilməsi ilə bağlı heç bir fakt ola bilməz. Komitə sədri əhalini dələduzluqla məşğul olanlar barədə komitəyə məlumat verməyə çağırıb.
Onun sözlərinə görə, kommunal xidmətlərdə olan problemlər də aradan qaldırılıb.
"Komitə 10 ildən çoxdur ki, korrupsiyaya qarşı mübarizə aparır", - Həsənov bildirib.
Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün humanitar yardımların paylanmasında nöqsanlar aradan qaldırılıb - Əli Həsənov