...

Xarici qüvvələr Azərbaycanda hicab və azan məsələsindən istifadə etməyə cəhd edirlər - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 19 Fevral 2011 14:18 (UTC +04:00)
Təəssüf ki, hicab və azan məsələsi bəzən islamın Azərbaycanda əsas mahiyyəti kimi dəyərləndirilir və xarici qüvvələr də bundan istifadə edərək aksiyalar təşkil etməyə cəhd edirlər.
Xarici qüvvələr Azərbaycanda hicab və azan məsələsindən istifadə etməyə cəhd edirlər - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir M.Əliyev/

Təəssüf ki, hicab və azan məsələsi bəzən islamın Azərbaycanda əsas mahiyyəti kimi dəyərləndirilir və xarici qüvvələr də bundan istifadə edərək aksiyalar təşkil etməyə cəhd edirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında şənbə günü "Cəmiyyət və din" mövzusunda təşkil olunan "dəyirmi masa"da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Hicab Azərbaycanda azaddır, ancaq dindara digər şəxslər qarşısında heç bir üstünlük verilmir", - Orucov deyib.

O qeyd edib ki, azanların verilməməsi ilə bağlı yaranan problemin kökündə digər məsələlər durur.

"Azərbaycanda azanların canlı səslənməsi təşəbbüsü irəli sürüləndə məlum oldu ki, canlı azan verə biləcək şəxslər tapılmadı. Köhnə texnologiya ilə səsləndirilən azan isə ətrafdakı uşaq bağçalarında, məktəblərdə tədris keçən uşaqların psixologiyasına mənfi təsir göstərir", - Komitə sədri bildirib.

Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı narahatlığa münasibət bildirən Orucov deyib ki, ölkədə qanunsuz tikililər sökülüb və gələcəkdə də söküləcək.

"90-cı illərin əvvəllərində xarici ölkələrdən gələnlər öz düşüncələrinə uyğun olaraq məscidlər tikiblər. Məscidlər isə ali qanunlar səviyyəsində tikilməlidir", - Orucov bildirib.

Xəbər lenti

Xəbər lenti