...

Xarici ölkələrdə oxuyan azərbaycanlı tələbələrin yarıdan çoxu tibb və iqtisadiyyat istiqaməti üzrə təhsil alır - Azərbaycan hökuməti

Cəmiyyət Materials 9 Mart 2011 14:55 (UTC +04:00)
Xarici ölkələrə dövlət proqramı vasitəsilə göndərilən azərbaycanlı tələbələrin yarıdan çoxu tibb və iqtisadiyyat istiqaməti üzrə təhsil alır.
Xarici ölkələrdə oxuyan azərbaycanlı tələbələrin yarıdan çoxu tibb və iqtisadiyyat istiqaməti üzrə təhsil alır - Azərbaycan hökuməti

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Xarici ölkələrə dövlət proqramı vasitəsilə göndərilən azərbaycanlı tələbələrin yarıdan çoxu tibb və iqtisadiyyat istiqaməti üzrə təhsil alır. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2010-cu ilin yekunları ilə bağlı Parlamentə təqdim etdiyi hesabatda bildirilir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı"nın təqaüdçülərinin 28 faizi tibb, bir o qədəri də iqtisadiyyat və idarəetmə istiqaməti üzrə təhsil alırlar. Əcnəbi ölkələrə göndərilən tələbələr üçün digər prioritet istiqamətlər sosial və humanitar elmlər (15 faiz tələbə təhsil alır) və informasiya və kommunikasiya texnologiyaları sahəsidir (12 faiz).

Hazırda 10 min nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini davam etdirir, onlardan 789 nəfər dövlətlərarası müqavilələrə, 773 nəfəri isə Dövlət Proqramına əsasən təhsil almağa göndərilib. Dövlət Proqramı çərçivəsində 2010-cu ildə 266 gənc xarici ali təhsil müəssisələrinə göndərilib.

Azərbaycanın ali məktəblərində isə hazırda dünyanın 47 ölkəsindən 6 mindən çox tələbə təhsil alır.

Xəbər lenti

Xəbər lenti