...

Türkiyədəki diaspor azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsinə etiraz edib

Cəmiyyət Materials 10 Mart 2011 11:42 (UTC +04:00)
Türkiyə Azərbaycan Dərnəyi (TAD) 9 yaşlı azərbaycanlı uşağın Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq bəyanat verib.
Türkiyədəki diaspor azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsinə etiraz edib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyə Azərbaycan Dərnəyi (TAD) 9 yaşlı azərbaycanlı uşağın Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq bəyanat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminin hökm sürməsinə baxmayaraq, Ağdam rayonu Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunun evlərinin qarşısındakı həyətdə oynayarkən baş nahiyəsindən güllə ilə vurularaq qətlə yetirildiyi qeyd olunur.

Müharibə şəraitində belə, uşaqlara, qocalara və qadınlara atəş açılmadığı qeyd edilərək vurğulanır ki, "əslində ermənilərin Xocalıda törətdikləri soyqırımdan, orada öldürdükləri uşaqlardan sonra, Farizi öldürmələri sürpriz deyil".

TAD 9 yaşlı azərbaycanlı uşağın öldürülməsi ilə bağlı Ermənistanı kəskin qınadığını nəzərə çatdıraraq, dünya ictimaiyyəti və beynəlxalq təşkilatları bu hadisəyə münasibət bildirməyə, eləcə də Türkiyəni məsələ ilə bağlı Ermənistana rəsmi surətdə qınamağa çağırır.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arzu oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti