...

Azərbaycanın daxili işlər naziri ABŞ səfirini qəbul edib

Cəmiyyət Materials 11 Mart 2011 20:55 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə günü ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Bu barədə cümə günü DİN-in mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Azərbaycanın daxili işlər naziri ABŞ səfirini qəbul edib

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə günü ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Bu barədə cümə günü DİN-in mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Qonağı salamlayan nazir onu səfir təyin olunması münasibətilə təbrik edib və ümid etdiyini bildirib ki, bu təyinat Azərbaycanla ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə təkan verəcək.

Daha sonra Ramil Usubov ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında işgüzar əlaqələrin mövcudluğunu xatırladib, xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı mübarizə məsələlərinin səfirliklə əlaqələrdə ön plana çəkildiyini qeyd edib.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bütövlükdə bölgədə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinə də mənfi təsir etdiyini diqqətə çatdırıb.

Səfir Metyu Brayza fəaliyyəti dövründə ölkələrimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.

Azərbaycanın daxili işlər naziri ABŞ səfirini qəbul edib

Xəbər lenti

Xəbər lenti