...

Azərbaycanın Baş Prokurorluğu Konstitusiya Məhkəməsinə sorğu göndərib

Cəmiyyət Materials 16 Mart 2011 14:43 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğu başqa şəxsin kartı ilə bankomatlardan pul çıxarılmasının oğurluq olub-olmadığını müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Azərbaycanın Baş Prokurorluğu Konstitusiya Məhkəməsinə sorğu göndərib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Baş Prokurorluğu başqa şəxsin kartı ilə bankomatlardan pul çıxarılmasının oğurluq olub-olmadığını müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə sorğu göndərib.

KM-dən Trend-ə verilən məlumata görə, sorğuda Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh olunması xahiş edilir.

Baş Prokurorluq sorğusunda oğurluq hadisəsinin şəxsə məxsus bank kartının oğurlanması, yoxsa, bankomatdan pulun çıxarılması olduğunun müəyyənləşdirilməsini istəyir.

Baş Prokurorluğun sorğusu baxılması üçün icraata qəbul edilib və sorğuya aprelin 15-də baxılacaq.

Xəbər lenti

Xəbər lenti