...

Almaniyada Novruz bayramı münasibətilə tədbirlər keçiriləcək

Cəmiyyət Materials 16 Mart 2011 17:20 (UTC +04:00)
Almaniyanın Drezden şəhərində Novruz bayramı münasibətilə tədbirlər keçiriləcək. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Novruz bayramı münasibətilə keçiriləcək tədbirlərə Drezdendə yaşayan digər millətlərin icmaları da dəvət olunub.
Almaniyada Novruz bayramı münasibətilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Hacıyev/

Almaniyanın Drezden şəhərində Novruz bayramı münasibətilə tədbirlər keçiriləcək. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Novruz bayramı münasibətilə keçiriləcək tədbirlərə Drezdendə yaşayan digər millətlərin icmaları da dəvət olunub.

Novruz şənliyində yerli televiziyanın da iştirakı gözlənilir. Bayram tədbirində Azərbaycanın mədəniyyəti və milli ənənələrimizi əks etdirən geyim və əşyalar nümayiş etdiriləcək, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları, milli şirniyyatlar təqdim olunacaq.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Günün məqsədi dünyadakı bütün dövlətlər və xalqların bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ etməsidir.

Hər il martın 20-21-də Azərbaycanda Novruz bayramı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti