...

Azərbaycanda ekoloji mövzuda yazan jurnalistlər arasında müsabiqə elan ediləcək

Cəmiyyət Materials 13 Aprel 2011 14:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji mövzuda yazan jurnalistlər arasında müsabiqə elan edəcək.
Azərbaycanda ekoloji mövzuda yazan jurnalistlər arasında müsabiqə elan ediləcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji mövzuda yazan jurnalistlər arasında müsabiqə elan edəcək.

Trend-in məlumatına görə, bu gün nazirlikdə "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" birgə layihəsi üzrə müsabiqəyə dair tədbir keçirilib.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər media nümayəndələri iştirak edib.

Tədbirin məqsədindən danışan nazir Hüseynqulu Bağırov müsabiqə haqqında məlumat verərək qeyd edib ki, belə müsabiqə artıq ikinci dəfədir ki, keçirilir. O, keçənilki müsabiqədə 37 jurnalistin qalib olduğunu xatırladıb.

Vüqar Səfərli çıxış edərək müsabiqənin şərtləri haqqında danışıb. Bildirib ki, bu il müsabiqənin 5 istiqamət üzrə keçirilməsi nəzərdə tutulub. Hər istiqamətdə 3 mövzu olacaq. Ümumilikdə, 15 qalib müəyyənləşdiriləcək. Birinci yerin sahibinə 1000, ikinci yerə 800, üçüncü yerə isə 500 manat mükafat verilməsi planlaşdırılır. Bundan əlavə, 10 nəfərin hər birinə 300 manat məbləğində həvəsləndirici mükafat veriləcək.

Mətbuat Şurasının sədri Amaşov ətraf mühitin mühafizəsindən və jurnalistlərin bu işə cəlb olunmasından danışıb. O bildirib ki, jurnalistlər də bu problemin aradan qaldırılmasına kömək etməlidirlər.

Müsabiqə ETSN və KİVDF ilə birgə keçiriləcək.

Bu gün elan olunması nəzərdə tutulan müsabiqə əlavə təkliflərin verilməsi və mövzulara dəyişikliklərlə bağlı sabaha ertələnib.

Müsabiqə ilə bağlı yazılar aprelin 15-dən mayın 27-ə qədər qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti