...

Bakıda bu il 94 yeni yol nişanı quraşdırılıb

Cəmiyyət Materials 13 Aprel 2011 16:41 (UTC +04:00)
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, hesabat dövründə 98 yol nişanı dəyişdirilib.
Bakıda bu il 94 yeni yol nişanı quraşdırılıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin yanvar-mart aylarında Bakıda küçə və yollarda 94 yeni yol nişanı quraşdırılıb.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, hesabat dövründə 98 yol nişanı dəyişdirilib.

Əsədov deyib ki, bu günədək Bakıda 61 körpü və tunel, 54 yeraltı və yerüstü keçid inşa olunaraq istifadəyə verilib.

7 tunel, 2 çoxmərtəbəli avtomobil dayanacağı, 4 yerüstü keçid və 6 körpünün tikintisi davam etdirilir.

Bölmə rəisi bildirib ki, bu ilin 1-ci rübündə yolayrıcılarda quraşdırılmış videokameralar vasitəsilə yol hərəkəti üzrə qayda pozuntusuna yol verən 22 380 sürücü barədə fotomaterial tərtib edilib.

Onlardan 17 629 sürücü ilə bağlı tədbir görülməsi üçün aidiyyəti üzrə regionlara göndərilib. 3351 sürücü isə Bakıda qeydiyyatda olanlardır və barələrində müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti