...

Rusiya alimi Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru olub

Cəmiyyət Materials 15 Aprel 2011 13:15 (UTC +04:00)
Cümə günü Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın elm nümayəndələrinin Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı Sergey Karpovun başçılıq etdiyi, Rusiya tarixçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Rusiya alimi Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru olub

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Cümə günü Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın elm nümayəndələrinin Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı Sergey Karpovun başçılıq etdiyi, Rusiya tarixçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə nümayəndə heyətini AMEA prezidenti Mahum Kərimov salamlayıb.

O, Karpova mediyevistikaya verdiyi misilsiz xidmətə və müəllifi olduğu 400-dən çox işə görə təşəkkür edib.

"Biz cənab Karpova, onun fakültəsinə bu gün Azərbaycanda dövlət vəzifələri tutan və dövlət elminin ən yaxşı nümayəndələrindən olan kadrların - MDU-nun azərbaycanlı məzunlarının hazırlanmasında misilsiz töhfəsinə görə minnətdarıq", - Kərimov bildirib.

Görüşdə Karpova AMEA-nın fəxri professoru və AMEA-nın Tarix İnstitutunun fəxri doktoru adı verilib.

İnstitut direktoru Yaqub Mahmudov Karpova Azərbaycan elminin inkişafına misilsiz töhfəsinə və bu gün Azərbaycan tələbələrinin istifadə etdikləri dərsliklərin müəllifliyinə görə təşşəkkür edib.

Karpovun sözlərinə görə, vaxtaşırı iki dövlət arasında müxtəlif dəyişikliklər və proseslər baş verir, lakin dostluq əlaqələri qalır.

"Ölkələrimiz arasında əlaqələr həmişləik möhkəm olaraq qalacaq və bizim vəzifəmiz elm sahəsində münasibətləri möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycanda Rusiyanın ən böyük dostları Rusiya ali məktəblərinin tələbələridir və bu gün biz tələbələrin öyrədilməsi ənənəsini davam etdirməliyik", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti