...

Gürcüstanın futbol çempionatında bir neçə razılaşdırılmış oyun halları aşkarlanıb

Cəmiyyət Materials 2 May 2011 14:50 (UTC +04:00)
Gürcüstanın ali futbol liqasının çempionatında bir neçə razılaşdırılmış oyun halları aşkarlanıb
Gürcüstanın futbol çempionatında bir neçə razılaşdırılmış oyun halları aşkarlanıb

Gürcüstan, Tbilisi, 2 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın ali futbol liqasının çempionatında bir neçə razılaşdırılmış oyun halları aşkar edilib. Trend-in məlumatına görə, bu barədə bugünkü brifinqdə Gürcüstan DİN-in Konstitusiya təhlükəsizliyi departamenti rəhbərinin müavini İosif Topuridze bildirib.

Onun sözlərinə görə, fırıldaqçılıq aşkar edilib, "Samtredia" və "Baiyya" (Zuqdidi) klublarının kapitanları Spartak Qoqiya və Roin Oniani saxlanılıblar. Onlar totalizatorların sahiblərini qane edən oyununun yekunu üzrə pul alıblar. Futbolçulara pulu totalizatorların sahibləri adından vasitəçi David Qabedava ötürüb.

Saxlanılanlar arasında "Vit Corciya" (Tbilisi) klubunun oyunçusu Qiqa Beçvaya, "Baiyya"nın oyunçusu Levan Vartaqava da var.

Operativ videoçəkilişlərin məlumatına görə, futbolçular hətta oyun zamanı küncdən zərbələrin və əvəzetmələrin sayını da razılaşdırıblar.

Futbolçular fırıldaqçılıqla hər oyuna görə orta hesabla 12-15 min dollar qazanıblar.

Xəbər lenti

Xəbər lenti