...

Azərbaycanda peşə məktəblərinə müəllim hazırlığı üçün ali məktəblərə sifariş veriləcək

Cəmiyyət Materials 3 May 2011 15:01 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi peşə məktəblərinə müəllim hazırlığı üçün ali məktəblərə sifariş verəcək. Bunu Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.
Azərbaycanda peşə məktəblərinə müəllim hazırlığı üçün ali məktəblərə sifariş veriləcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi peşə məktəblərinə müəllim hazırlığı üçün ali məktəblərə sifariş verəcək. Bunu Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı təkliflər hazırlanır. Təkliflər əsasında TN müxtəlif ali məktəblərə sifarişlər verəcək, həmin müəssisələri bitirmiş tələbələr peşə məktəblərində işə cəlb ediləcəklər.

"Son 20 ildə mövcud pedaqoji heyət müxtəlif obyektiv və subyektiv səbəblərdən peşə təhsili müəssisələrindən uzaqlaşıb. Bu problem daha çox maliyyə məsələlərinə görə yaranıb. Təəssüf ki, bir çox ali məktəblərdə peşə təhsili müəssisəsələri üçün kadr hazırlanmır. Bu problemi müxtəlif yollarla həll etməyə çalışırıq. Problemin həlli üçün artıq bu il bir sıra ali və orta ixtisas təhsili müəssisələrinə müraciət etməyə hazırlaşırıq. Onların fəal məzunlarını işlə təmin edəcəyik", - Məmmədov deyib.

Şöbə müdiri bildirib ki, peşə məktəblərində müəllimlərə ehtiyac hər il dəyişir. Hazırda bu təhsil müəssisələrində 300-400 nəfərə yaxın müəllimə ehtiyac var. İnformasiya kommunikasiya texnologiyaları sahəsi üzrə müəllim çatışmazlığı problemi nisbətən həll edilsə də, tikinti, xidmət, texnologiya, yeyinti sahəsi üzrə kadrlara hələ də tələbat duyulur.

Nazirlik rəsmisinin dediyinə görə, hazırda 500-dən çox mühəndis-pedaqoji heyətin yaşı 65-dən yuxarıdır. "Onların gələcəkdə necə fəaliyyət göstərəcəyi bilinmir. Bu baxımdan da problem yarana bilər", - Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti