Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/
Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Parlament kuboku - 2011" futbol turnirinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə qeyd olunub ki, turnirə 12 dövlət qurumunun komandası qatılıb. Püşkatma mərasimində turnirə qatılan dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edib.
Püşkatmanın nəticəsi olaraq qruplar aşağıdakı kimi müəyyənləşib:
A qrupu
1. Milli Məclis
2. Konstitusiya Məhkəməsi
3. Xarici İşlər Nazirliyi
B qrupu
1. Prezident Administrasiyası
2. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
3. Ali Məhkəmə
C qrupu
1. Vergilər Nazirliyi
2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
3. Nəqliyyat Nazirliyi
D qrupu
1. Ədliyyə Nazirliyi
2. Səhiyyə Nazirliyi
3. İqtisadi İnkişaf Nazirliyi
Turnirin açılış mərasimi mayın 11-də Bakı Dövlət Universitetində keçiriləcək.
"Parlament kuboku - 2011" futbol turnirinin püşkatma mərasimi keçirilib
Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Parlament kuboku - 2011" futbol turnirinin püşkatma mərasimi keçirilib.
