...

Azərbaycanda beynəlxalq velosiped turniri keçiriləcək

Cəmiyyət Materials 5 May 2011 17:34 (UTC +04:00)
Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunan "Grand Caucases" beynəlxalq velosiped turniri keçiriləcək.
Azərbaycanda beynəlxalq velosiped turniri keçiriləcək

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunan "Grand Caucases" beynəlxalq velosiped turniri keçiriləcək. Trend-in Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Litva, Gürcüstan, İran və Azərbaycan komandalarının qatıldığı beynəlxalq turnir 10-15 may tarixləri arasında təşkil olunacaq.

Yarışda 1993-1994-cü il təvəllüdlü oğlanlar iştirak edəcəklər. Hər komandanın tərkibi 6 idmançı, 2 məşqçidən ibarətdir.

Xəbər lenti

Xəbər lenti