Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/
Bir qrup dindar cümə günü Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib.
Trend-in məlumatına görə, 50-yə yaxın şəxs Təhsil Nazirliyinin qarşısına toplaşaraq "Hicaba azadlıq" şüarı səsləndirib. Dərhal əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Çevik Polis Alayının əməkdaşları gəlib. İcazəsiz aksiyanın qarşısı alınıb. Bir neçə nəfər aksiya iştirakçısı saxlanılaraq polisə aparılıb.
Hüquq-mühafizə orqanları faktla bağlı rəsmi məlumat verməyiblər.
Bakıda dindarlar icazəsiz aksiya keçirməyə cəhd ediblər
Bir qrup dindar cümə günü Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib
