...

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Kiyevdə Dünya Kubokunun növbəti mərhələsində dördüncü yeri tutub

Cəmiyyət Materials 10 May 2011 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Kiyevdə azərbaycanlı idmançıların iştirakı ilə bədii gimnastika üzrə beynəlxalq turnir və Dünya Kubokunun növbəti mərhələsi başa çatıb.

Dünya Kubokunda ən yaxşı nəticəni Azərbaycanın qrup komandası göstərib. Bu barədə Trend-ə Gimnastika Federasiyasından məlumat verilib.

Ceyla Quliyeva, Aelita Xələfova, Səbinə Abbasova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkova İtaliya, Belarus və Ukrayna komandalarından sonra yarışın yekunları üzrə dördüncü yeri tutublar.

Ayrı-ayrı finallarda azərbaycanlı gimnastlar üç lentlə və iki gürzlə yarışda dördüncü yerin nəticlərini təkrarlayıblar. Beş topla oyunda isə komanda yeddinci yeri tutub.

Fərdi yarışlarda Zeynəb Cavadlı 10-cu yeri, Anna Qurbanova isə 12-ci yeri tutub. Çoxnövçülükdə rusiyalı Darya Kondakova qalib gəlib, dörd finaldan üçündə isə ukraynalı Alina Malsimenko birinci yeri tutub.

Yeniyetmələrin turnirinə gəldikdə, Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) 10-cu, Ləman Hacızadə isə (1999-cu il) 17-ci yeri tutub.

Bu həftənni sonunda (mayın 13-15-də) Dünya Kubokunun növbəti mərhələsi Korbey-Essonda keçiriləcək. Fransaya Aliyə Qarayeva və Samirə Mustafayeva gedəcəklər.

Xəbər lenti

Xəbər lenti