...

Azərbaycanda məhkuma "Doymak" makaronunun içərisində heroin keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 11 May 2011 19:03 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) və 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb.
Azərbaycanda məhkuma "Doymak" makaronunun içərisində heroin keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) və 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 11.05.2011-ci il tarixində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Seyidov Rövşən Eldar oğlunun yanına qısa müddətli görüşə gəlmiş anası, vətəndaş Əzimova Şəfiqə Səməd qızının gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın arasında çəkisi 500 qram olan, üzərində "Doymak" makaron məmulatları yazılmış 2 ədəd selofan torbanın içərisindəki makaron dənələrinin arasında polietilen materiallara bükülərək yerləşdirilmiş 50 ədəd bükümdə, ümumi çəkisi 23,310 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti