...

Dövlət qulluqçusu olmaq istəyənlər Azərbaycan dilindən imtahan verəcəklər

Cəmiyyət Materials 12 May 2011 14:02 (UTC +04:00)
Dövlət qulluğuna qəbul olunmaq istəyənlər Azərbaycan dilindən də imtahan verəcəklər.
Dövlət qulluqçusu olmaq istəyənlər Azərbaycan dilindən imtahan verəcəklər

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər Azərbaycan dilindən də imtahan verəcəklər.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) Trend-ə verilən məlumata görə, Komissiya tərəfindən keçirilən müsabiqələrin test imtahanı mərhələsi ilə bağlı DQMK-nın saytında yerləşdirilən test proqramlarına bəzi əlavə və dəyişikliklər edilib.

"Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması və inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi Qaydaları"na edilmiş dəyişikliyə uyğun olaraq, test imtahanında təqdim olunan 15 sualdan ibarət "Dünyagörüşü" test blokuna Azərbaycan haqqında ümumi biliklərlə yanaşı, Azərbaycan dili üzrə də test tapşırıqları daxil edilib.

Komissiyadan bildirilib ki, qanunvericilik üzrə test proqramında da dəyişikliklər edilib.

Belə ki, 2010-cu il 21 dekabr tarixində "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əvvəlki müsabiqələrdə test proqramına daxil edilmiş "Normativ hüquqi aktlar haqqında" qanun qüvvədən düşüb.

Bununla əlaqədar qüvvədən düşmüş qanunla bağlı mövzular qanunvericilik üzrə yenilənmiş test proqramından çıxarılıb və bura yeni Konstitusiya Qanunu üzrə mövzular (maddələr) daxil edilib.

Bundan əlavə, test imtahanlarında namizədlərin məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün test bankına yeni tipli test tapşırıqları daxil edilib.

Xəbər lenti

Xəbər lenti