...

Azərbaycanda məhkəmə ARDNŞ-yə məxsus ərazilərdə tikililərlə bağlı 2000-dən çox işə baxıb - Rövnəq Abdullayev

Cəmiyyət Materials 19 May 2011 12:58 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hazırladığı sənədlər əsasında məhkəmə ARDNŞ-yə məxsus ərazilərdə qanunsuz tikililərlə bağlı 2000-dən artıq işə baxıb və dövlət şirkətinin xeyrinə qərar çıxarıb.
Azərbaycanda məhkəmə ARDNŞ-yə məxsus ərazilərdə tikililərlə bağlı 2000-dən çox işə baxıb - Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hazırladığı sənədlər əsasında məhkəmə ARDNŞ-yə məxsus ərazilərdə qanunsuz tikililərlə bağlı 2000-dən artıq işə baxıb və dövlət şirkətinin xeyrinə qərar çıxarıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

"Biz evlərin sökülməsinə yox, yenilərinin tikilməməsinə çalışırıq. Belə səhvlər olub - bələdiyyələr qanunsuz torpaqlar veriblər və müəyyən evlər tikilib. Həmin ərazilərdə evlərin sökülməsi məsələsi gündəmdə yoxdur", - Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ-yə məxsus ərazilərdə yeni tikililərin olması neft əməliyyatlarının aparılmasına maneə yaradır. Eyni zamanda, həmin ərazilərdə yaşamaq insanların səhhətinə ziyandır.

Xəbər lenti

Xəbər lenti