...

"28 May Respublika Günü" münasibətilə Ankarada geniş tərkibli tədbir həyata keçirilib

Cəmiyyət Materials 27 May 2011 02:40 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki Səfirliyi "28 May Respublika Günü" münasibətilə Ankaranın "Sheraton Hotel" mehmanxanasında geniş tərkibli tədbir həyata keçirib
"28 May Respublika Günü" münasibətilə Ankarada geniş tərkibli tədbir həyata keçirilib

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın Türkiyədəki Səfirliyi "28 May Respublika Günü" münasibətilə Ankaranın "Sheraton Hotel" mehmanxanasında geniş tərkibli tədbir həyata keçirilib.

Trend-in məlumatına görə tədbirdə, cümə axşamı keçirilən Türkiyənin Baş Nazirinin müavini Cəmil Çiçək, Daxili İşlər Naziri Osman Güneş, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Ordu Generalı İşıq Koşaner, yüksək rütbəli zabitlər, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Türkiyə Respublikasının digər dövlət qurumlarında çalışan yüksək vəzifəli rəsmilər, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, elm və incəsənət xadimləri, sənətçilər, fikir quruluşlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, diaspor nümayəndələri və KİV nümayəndələri iştirak etmişdir.

Tədbirin açılış nitqini Səfir Faiq Bağırov həyata keçirmişdir. Səfir öz çıxışında 28 May Respublika gününün əhəmiyyətindən, tarixən Azərbaycan xalqının mədəniyyət səviyyəsinin yüksək olmasından, 1918-ci ildə ADR-nın qurucularının dövlətçilik tariximizdəki mühüm xidmətlərindən, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqına əvəzsiz xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rasional siyasətindən və ölkəmizin mədəni, sosial həyatında Heydər Əliyev Fondunun mühüm fəaliyyətlərindən ətraflı şəkildə bəhs etmişdir.

Tədbir zamanı 2011-ci ilin Azərbaycanda turizm ili olması münasibətilə ölkəmizin turizm potensialı ilə bağlı, eləcədə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi ilə əlaqədar əyani materiallar Səfirlik tərəfindən tədbir iştirakçılarına paylanılmışdır.

Ayrıca Azərbaycan musiqiçilərinin ifası ilə tədbir iştirakçılarına musiqi nümunələrinin təqdim olunmuş və ziyafət verilmişdir.

Xəbər lenti

Xəbər lenti