...

Marianna Vasilyeva: Bizim gimnastlar Azərbaycanın bədii gimnastikada bir güc olaraq varlığını göstərdilər

Cəmiyyət Materials 29 May 2011 22:42 (UTC +04:00)

Minskdə 27-ci bədii gimnastika üzrə Avropa çempionatı başa çatır. Azərbaycan komandasının (Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyanə Vasilyeva) bürünc medalla təltif olunma mərasimi bitəndən sonra, Azərbaycan yığmasının baş məşqçisi Marianna Vasilyeva öz yetirmələrinin çıxışlarını şərh edib.

- Yeniyetmələrin qələbəsi münasibətilə təbrik edirik. Komandanın çıxışı o cümlədən qeyri-adi kostyumlar çox orijinal idi. Çıxışın məğzi nə idi?

- İlk olaraq, dəstəyə görə çox sağ olun, bu, çox vacib idi. Qızlar böyük dəstək hiss edirdi. Bizim çıxışımız Çarli Çaplin ilə bağlı idi, o da bildiyiniz kimi, dünyanın ən yaxşı gülüş usatlarından biri idi.
Eyni zamanda o həm də ən qəmgin adamlardan biri idi. Biz bunula insanlara çatdırmaq istəyirdik ki, nə qədər qəm olsa da, bir sevinc yenə də tapmaq olar. Artıq iki gündür ki, biz bir o qədər sevincli deyildik, ancaq Tanrıya çox şükür, biz bu gün sevinirik.

Bizə inandığına görə federasiyamıza təşəkkür edirik, bütün gimnastlarımıza təşəkkür edirik, çünki onlar Azərbaycanın bədii gimnastikada bir güc olaraq varlığını göstərdilər.

- Yığmanı bundan sonra hansı mərhələlər gözləyir? Hansı yarışlara hazırlaşacaqsız?

- Siz çətin suallar verisiz. Mən gələcəkdə nə olacağını bilmirəm. Ancaq onu deyə bilərəm ki, iki həftədən sonra Azərbaycan çempionatı keçiriləcək və mən düşünürəm ki, qızların hamısı tamaşaçılar üçün gözəl çıxış edəcəklər.
Həm də onlar bu gün Azərbaycana hədiyyə ediblər, dünən axı Respublika günü idi və bu, çox vacibdir. Mən bu uşaqlarla fəxr edirəm. Onlar bu gün çıxışa gedərkən himnimizi oxuyurdular. Onlar öz ölkəsini sevirlər, hər dəfə Azərbaycan bayrağının yüksəlməsini istəyirlər, onlar sadəcə çıxış etmirlər - onlar öz ölkəsinin qəhərmanlarıdı.

Mən belə hesab edirəm ki, bu gün bizim geyimlər hamının xoşuna gəldi. Biz saç düzümünə görə də ən orijinal idik. Qızların saç düzümləri bir-birindən fərqli idi. Nəticədə hər şey bizim xeyirimizə idi -geyimlərimiz, musiqimiz və fəndlərimiz.

- Bizim rəqiblərimizin çıxışlarını necə qiymətləndiriziniz?

- Mən hesab edirəm ki, final mərhələsinə düşüblərsə, deməli layiqdilər. Mən onu deyə bilərəm ki, Belarus yığması layiqli qələbə qazanıb, çünki onlar iki gün dalbadal çox qüsursuz çıxış edirdilər. Onlar alqışlanmalıdır, çünki doğma məkanda çıxış etmək çətindir. Mən onları başa düşürəm, çünki iki il öncə biz Bakıda çempionat keçirmişik. Mən onları ürəkdən təbrik edirəm.
Yeniyetmələrimiz öz nailiyyəti olan Avropa çempionatının bürünc medalına çox sevinirlər.

- Biz sizi təbik edirik, biz sizə çox azarkeşlik edirdik. Zəhmət olmasa, söyləyin, final qabağı hansısa hissiyat var idi?

- Bəli, var idi. Biz buna hazır idik və həyacan keçirmirdik.

- Sənin dövlətinin bayrağı dalğanarkən hansı hisslər keçirirdiz?

- Əlbəttə ki, fərəh və sevinc hissləri.

- Evə qayıtdıqdan sonra nə edəcəksiniz?

- İstirahət edəcik və şənlənəcik. Sonra isə məşqlərə davam edəcəyik.

- Sonra hansı yarışmalar olacaq?

- Dünya çempionatları, Avropa, Olimpiya oyunları...

Xəbər lenti

Xəbər lenti