Azərbaycanlı idmançı Aliyə Qarayeva Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatının iki finalında - halqa və topla hərəkətlərdə dördüncü olub.
Topla hərəkətlərdə azərbaycanlı qrasiya hakimlərdən 27.500 xal alaraq Belarus idmançısı Lyubov Çarkaşina (28.450 xal), və iki Rusiyalı idmançı - Evgeniya Kanayeva və Darya Dmitriyevadan (28.350 və 27.575 xal) sonra dördüncü olub.
Halqa ilə hərəkətlərdə da Aliyə Qarayeva 27.725 bal yığaraq dördüncü olub. Birinci və ikinci yerlərin sahibləri Rusiyalı idmançılar Evgeniya Kanayeva (29.450 xal) və Darya Kondakova (29.025 xal) olublar. Bürünc medalı isə Belarus gimnastı Lyubov Çarkaşina qazanıb.