...

Azərbaycan hökuməti "Eurovision 2012"-də iştirak edəcək ermənilərin təhlükəsizliyini təmin edəcək

Cəmiyyət Materials 31 May 2011 17:13 (UTC +04:00)
Azərbaycan hökuməti "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək ermənilərin təhlükəsizliyini təmin edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə çərşənbə axşamı gənclər və idman naziri Azad Rəhimov deyib.
Azərbaycan hökuməti "Eurovision 2012"-də iştirak edəcək ermənilərin təhlükəsizliyini təmin edəcək

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan hökuməti "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək ermənilərin təhlükəsizliyini təmin edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə çərşənbə axşamı gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Ermənistan bu yarışmada iştirak etməməklə bağlı qərara gələrsə, bu onların öz işləridir.

Azərbaycan təmsilçiləri Eldar QasımovNigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutub.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Xəbər lenti

Xəbər lenti