...

Mobil telefonlar beyin xərçənginə səbəb ola bilər - Ümumdünya Səhiyyə Təşkilatı

Cəmiyyət Materials 1 İyun 2011 12:42 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının alimləri güman edirlər ki, mobil telefonlar insanlarda beyin xərçəngi xəstəliklərinə səbəb ola bilər.
Mobil telefonlar beyin xərçənginə səbəb ola bilər - Ümumdünya Səhiyyə Təşkilatı

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Ümumdünya Səhiyyə Təşkilatının alimləri güman edirlər ki, mobil telefonlar insanlarda beyin xərçəngi xəstəliklərinə səbəb ola bilər.

ÜST-nin 31 nəfərdən ibarət mütəxəssislər qrupu bəyan edib ki, mobil telefonlardan istifadə nəticəsində baş beyninin zərərli şişlərinin yarana bilməsini istisna etmək olmaz.

Bununla belə, ekspertlər hələ ki mobil telefonların xərçəngə səbəb olduğunu tam əminliklə deyə bilmirlər.

Böyük Britaniyanın xərçəng xəstəliklərinin öyrənilməsi üzrə mərkəzinin rəhbərlərindən biri Ed Yonq deyib ki, mobil rabitə abonentləri arasında xərçəng xəstəliyi təhlükəsi kifayət qədər aşağıdır.

Xəbər lenti

Xəbər lenti