...

Saloğlu ərazisində minatəmizləmə əməliyyatları başa çatıb - ANAMA

Cəmiyyət Materials 2 İyun 2011 16:04 (UTC +04:00)
Ağstafa rayonunun Saloğlu ərazisinin minalardan təmizlənməsi prosesi başa çatıb.
Saloğlu ərazisində minatəmizləmə əməliyyatları başa çatıb - ANAMA

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Hacıyev/

Ağstafa rayonunun Saloğlu ərazisinin minalardan təmizlənməsi prosesi başa çatıb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Saloğlu layihəsinin rəsmi bağlanış mərasiminin keçirilməsi 2011-ci ilin iyul ayına nəzərdə tutulur.

Saloğlu layihəsi çərçivəsində icra olunan əməliyyatlarda 2005-ci ilin dekabr ayından bu günədək 5.644.763 kvadratmetr ərazi təmizənib, 593 891 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirirlib.

Saloğluda PHS-in təmizlənməsi layihəsini əsasən Türkiyənin köməyi və maliyyə dəstəyi, Azərbaycan, Bolqarıstan, Finlandiya, Latviya, Litva, Lüksemburq, Norveç, İsveçrə, ABŞ, Avstraliya, Sloveniya, İtaliya, İslandiya, Çexiya, Yaponiya və BMT İnkişaf Proqramının maliyyə yardımı ilə həyata keçirmək mümkün olub.

Saloğluda SSRİ dövründə Cənubi Qafqazın ən böyük hərbi bazası yerləşib. SSRİ-nin dağılmasından sonra Azərbaycanı tərk edən sovet hərbçiləri Saloğlu bazalarını partladıblar. Bunun nəticəsində Saloğluda böyük bir ərazidə partlamamış hərbi sursatlar səpələnmişdi.

Xəbər lenti

Xəbər lenti