...

Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində birgə layihələr həyata keçirməyə hazırdır - nazir

Cəmiyyət Materials 20 İyun 2011 18:04 (UTC +04:00)
Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində birgə layihələr həyata keçirməyə hazırdır.
Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində birgə layihələr həyata keçirməyə hazırdır - nazir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində birgə layihələr həyata keçirməyə hazırdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua ilə görüşündə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Gürcüstanla Azərbaycan arasında çox yaxşı əlaqələr var. Bu görüş əməkdaşlığın yeni mərhələsinə qədəm qoymağa kömək edəcək. Biz aktiv şəkildə milli ənənələrimizi təbliğ etməliyik. Biz istənilən ölkədən turist qəbul etməyə hazırıq", - Qarayev bildirib.

Nikolas Rurua isə çıxışında bildirib ki, Azərbaycan və Gürcüstan qarşılıqlı mədəni irsləri qorumalıdırlar.

Xəbər lenti

Xəbər lenti