...

Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən test imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 26 İyun 2011 18:50 (UTC +04:00)
Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən test imtahanlarının nəticələri açıqlanıb.
Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən test imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir K.Zərbalıyeva

Azərbaycanda vəkilliyə qəbul üçün keçirilən test imtahanlarının nəticələri açıqlanıb.

Trend-in Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsının rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün Bakı Dövlət Universitetində keçirilən imtahanda iştirak etmiş namizədlərdən 177 nəfəri 60 və daha çox bal toplayaraq ikinci mərhələdə iştirak etmək
hüququ qazanıblar.

Müsabiqədə iştirak etmək üçün üçün 605 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 74 nəfəri imtahana gəlməyib.

Namizədlər 3 saat ərzində 100 suala (80 sual hüquqi, 20 sual məntiqi biliklərə dair) cavab veriblər.

Müsabiqənin növbəti mərhələsi Vəkillər Kollegiyası tərəfindən aparılacaq.

Xəbər lenti

Xəbər lenti