...

Azərbaycanda turizm sahəsinin standartları hazırlanacaq

Cəmiyyət Materials 29 İyun 2011 14:15 (UTC +04:00)
Trend-in məlumatına görə, bu, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulub.
Azərbaycanda turizm sahəsinin standartları hazırlanacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizmin inkişafı məqsədilə bu sahəyə dair standartlar hazırlanacaq. Trend-in məlumatına görə, bu, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulub.

Tədbirlər Planında qeyd edilib ki, bu standartlar 2015-ci ilədək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanacaq.

Bununla yanaşı, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla alternativ turizm növlərinin inkişaf etdirilməsi (ekoturizm, kənd turizmi və s.) və müvafiq turizm marşrutlarının yaradılması da planlaşdırılır. Bu tədbirləri Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 2015-ci ilədək həyata keçirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planını (2011-2015-ci illər) təsdiq edib.

Xəbər lenti

Xəbər lenti