...

Azərbaycanda bu ilin 5 ayında qeydə alınan cinayətlərin 82,5 faizi vətəndaşların iştirakıyla açılıb - Ramil Usubov

Cəmiyyət Materials 2 İyul 2011 11:12 (UTC +04:00)
Azərbaycanda bu ilinin 5 ayında qeydə alınan cinayətlərin 82,5 faizinin üstü vətəndaşların yaxından iştirakı ilə açılıb. Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Azərbaycanda bu ilin 5 ayında qeydə alınan cinayətlərin 82,5 faizi vətəndaşların iştirakıyla açılıb - Ramil Usubov

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilinin 5 ayında qeydə alınan cinayətlərin 82,5 faizinin üstü vətəndaşların yaxından iştirakı ilə açılıb. Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.

"Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin statistikasına nəzər salsaq görərik ki, 2009-cu ildə 6120 cinayətin 85,8 faizinin, 2010-cu ildə 6330 cinayətin 87 faizi, cari ilin 5 ayında isə 2549 cinayətin 82,5 faizinin üstü vətəndaşların yaxından iştirakı ilə açılıb", - nazir deyib.

Usubov qeyd edib ki, polis sahələrində fəaliyyət göstərən ictimai şuraların işi də əhali tərəfindən rəğbətlə qarşılanır.
Onun sözlərinə görə, bu günədək 4000 vətəndaş ictimai şuralara üzv qəbul edilib.

"Bu institutun yaradılması daxili işlər orqanları ilə vətəndaşlar arasında əlaqələrin, inamın və etimadın möhkəmlənməsinə, polisin fəaliyyətində şəffaflığın təmin olunmasına, həmçinin inzibati sahənin problemlərinin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərib. Təsadüfi deyil ki, son bir ildə müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə müraciət edən vətəndaşların sayı ötən illərlə müqayisədə yarıbayarı artıb, ailə-məişət zəminində baş verən münaqişələr isə nəzərəçarpacaq dərəcədə azalıb", - o deyib.

Nazir qeyd edib ki, vətəndaşların "102" zəng mərkəzinə verdiyi məlumatlar əsasında təkcə ötən il ərzində 175, o cümlədən 4 qəsdən adam öldürmə, 2 qəsdən adam öldürməyə cəhd, 9 soyğunçuluq, 6 quldurluq, 10 qəsdən sağlamlığa zərər vurma, 30 nəqliyyat vasitəsinin qaçırılması, 48 xuliqanlıq, 34 oğurluq və s. cinayətlər "isti izlərlə" açılıb.

Xəbər lenti

Xəbər lenti