...

Azərbaycan diasporu fəaliyyət göstərdiyi ölkələrin siyasi həyatına təsir göstərəcək bir qüvvəyə çevrilib - komitə sədri

Cəmiyyət Materials 5 İyul 2011 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan diasporu artıq fəaliyyət göstərdiyi ölkələrin siyasi həyatına təsir göstərəcək bir qüvvəyə çevrilib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

"Azərbaycan diasporu artıq güclənmiş, tam formalaşmış, hətta ölkələrin siyasi həyatına təsir göstərəcək bir qüvvəyə çevrilib. Ümummilli lider Heydər Əliyevin başçılığı ilə 10 il əvvəl keçirilən I qurultay diaspor tarixində mühüm hadisə olub. Prezident İlham Əliyevin 2006-cı ildə II qurultay zamanı göstərdiyi istiqamətlər 2011-ci ildə söyləməyə əsas verir ki, III qurultaya Azərbaycan diasporu tam güclənmiş, informasiya tarixində hücum taktikasına yiyələnmiş vəziyyətdədir və artıq dünyada erməni mifini sındırıb. Növbəti qurultaya qədər olan 5 il Azərbaycan diasporunun yüksəliş dövrü olacaq", - İbrahimov deyib.

Xəbər lenti

Xəbər lenti