Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda yaxın 2 gündə temperatur tədricən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, 2 gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 12-17, gündüz 26-31 dərəcə təşkil edəcək.
Azərbaycanda yaxın 2 gündə temperatur tədricən yüksələcək
Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, 2 gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
