...

TQDK ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 3 Avqust 2011 20:24 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Nəticələr TQDK-nın rəsmi syatında yerləşdirilib.
TQDK ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 3 avqust /Trend/

2011/2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Nəticələr TQDK-nın rəsmi saytında yerləşdirilib.

Abituriyentlər nəticələri mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə bilərlər. Bunun üçün onlar iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər.

TQDK-nın məlumatına görə, cari ildə ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olub. Qəbul planı 93,36 faiz dolub. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı "Abituriyent" jurnalının 6-cı sayında dərc olunub. Jurnalın bu sayında müsabiqə nəticəsində ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi və ödənişli əsaslarla formalaşmış keçid balları da təqdim olunub. Tələbə qəbulu qaydalarının 16-cı bəndinə əsasən, təhsilalma formasından asılı olmayaraq (əyani, qiyabi), hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri avqustun 8-dən avqustun 17-dək qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək. "Abituriyent" jurnalının 7-ci sayında ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə əlavə yerləşdirmə elanı, müsabiqə şərtləri və boş qalan yerlərin sayı çap ediləcək.

Xəbər lenti

Xəbər lenti