...

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2011 18:00 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, avqustun 23-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1980-cı il təvəllüdlü, məhkum Əliyev Allahverdi Məhəmməd oğlunun yanına görüşə gəlmiş qardaşı, vətəndaş Əliyev Ərrəhman Məhəmməd oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı sovqatın içərisində olan tortun yerləşdirildiyi dairəvi formalı kartonun üzərində kəsilərək hazırlanmış gizli saxlanc yerində 3 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd üzərində korpusu olmayan elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Əliyev Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (narkotiklərin qanunsuz dövriyyəsi) təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti