...

Bu il Azərbaycanda 47 yeni məktəb binası tikilib

Cəmiyyət Materials 25 Avqust 2011 16:32 (UTC +04:00)
2011-2012-ci dərs ili üçün Azərbaycanda 12 180 nəfər şagird yerlik 47 məktəb binası tikilib.
Bu il Azərbaycanda 47 yeni məktəb binası tikilib

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci dərs ili üçün Azərbaycanda 12 180 nəfər şagird yerlik 47 məktəb binası tikilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Eyni zamanda, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12 957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, 2011-ci ildə 4 yeni məktəb binası, 2 məktəbə əlavə korpus, 20 məktəb üçün əlavə sinif otaqları tikiləcək, 44 məktəb və 51 uşaq bağçası əsaslı təmir olunacaq. Bununla yanaşı, proqram çərçivəsində 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulur.

2011-2012-ci dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 3 463 170 nüsxə dərslik çap edilib. Onların 45 adda 1 179 750 nüsxəsi yeni fənn proqramları (kurikulumlar) ilə işləyən ibtidai siniflər üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti