...

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət Materials 26 Avqust 2011 15:49 (UTC +04:00)
Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Çempionatın üçüncü günündə mübarizəyə qoşulan yeniyetmə qızlarımız 1 bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 38 kq çəki dərəcəsində mübarizə aparan Sahilə Ələkbərova Türkiyədən olan rəqibi Misiraltı Begümə qalib gəlsə də, rusiyalı rəqibi Nadejda Sokolovaya məğlub olub və bürünc medal qazanmaq şansı əldə edib. Güləşçimiz bürünc medal uğrunda görüşdə meksikalı idmançı Naomi Dominqesi məğlub edərək bu şansı əldən verməyib.

Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) həlledici mərhələdə müvafiq olaraq İtaliya və Monqolustandan olan rəqiblərinə uduzaraq 5-ci yerlə kifayətləniblər.

Yeniyetmələrin dünya çempionatında sabah yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti