...

Bakıda havanın temperaturu getdikcə yüksəlir

Cəmiyyət Materials 1 Sentyabr 2011 13:23 (UTC +04:00)
Bakıda isti hava şəraiti davam edəcək. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin cümə axşamı yaydığı məlumatda bildirilir.
Bakıda havanın temperaturu getdikcə yüksəlir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bakıda isti hava şəraiti davam edəcək. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin cümə axşamı yaydığı məlumatda bildirilir.

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 15-20, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Departamentin məlumatına görə, yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti