...

2 aprel aksiyasının təşkilatçılarının məhkəməsi zərərçəkənlərin ifadəsi ilə davam edib

Cəmiyyət Materials 7 Sentyabr 2011 17:00 (UTC +04:00)
Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı çərşənbə günü Səbail rayon məhkəməsində davam etdirilib.
2 aprel aksiyasının təşkilatçılarının məhkəməsi zərərçəkənlərin ifadəsi ilə davam edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı çərşənbə günü Səbail rayon məhkəməsində davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məcidli sərbəst ifadə verib və dövlət ittihamçısının suallarını cavablandırarkən aprelin 2-də "Fəvvarələr meydanı"nda aksiyanın keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına rəsmi yazılı xəbərdarlığın göndərilmədiyini və keçirilən qanunsuz aksiya üzrə AXC-dən onun və Qəhrəmanlının rəhbər təyin olunması barədə dediklərini təsdiq edib.

Daha sonra iş üzrə zərərçəkən 9 polis əməkdaşı ifadə verib.

Zərərçəkənlər - polis əməkdaşları Fikrət Nəsibov, Cahid İbişov, Məmməd Məmmədov, Eldar Abdulkərimov və digərləri aprelin 2-də "Fəvvarələr meydanı" və ətraf ərazilərdə keçirilən qanunsuz aksiyanın qarşısının alınmasına cəlb edildiklərini, aksiya iştirakçılarının onların dağılışma tələblərinə əməl etmədiklərini və əllərində olan müxtəlif əşya, o cümlədən qəzetə bükülü dəmir və taxta parçaları ilə, əl və ayaq zərbələri ilə onlara müxtəlif bədən xəsarətləri yetirdikləriri təsdiq ediblər.

Zərərçəkənlər həmin hərəkətlərin təşkilatçıları Hacılı, Qəhrəmanlı, Abbaslı və Məcidlinin qanun çərçivəsində cəzalandırılmalarını tələb ediblər.

Proses digər şəxslərin dindirilməsi üçün sentyabrın 9-na təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti