...

Gürcüstan deputatları Azərbaycan ərazilərinin işğalı haqqında filmi izləyiblər

Cəmiyyət Materials 9 Sentyabr 2011 20:52 (UTC +04:00)
Gürcüstan parlamentinin Ərazi bütölüyünün bərpa edilməsi üzrə müvəqqəti komissiyasının iclasında deputatlar "İşğal" layihəsi çərşivəsində çəkilmiş növbəti sənədli filmə baxıblar.
Gürcüstan deputatları Azərbaycan ərazilərinin işğalı haqqında filmi izləyiblər

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinin Ərazi bütölüyünün bərpa edilməsi üzrə müvəqqəti komissiyasının iclasında deputatlar "İşğal" layihəsi çərşivəsində çəkilmiş növbəti sənədli filmə baxıblar.

Trend-in məlumatına görə, deputatlar filmin bəzi fraqmentlərini izləyiblər. Hesabla 13-cü film Azərbaycanın işğalı haqqındadır. Nümayişdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi də iştirak edib.

Film İctimai yayım tərəfindən çəkilib və tamaşaçılar onu bu gün birinci kanalın efirində görə bilərlər.

Gürcüstan parlamentinin Ərazi bütövlüyünün bərpa edilməsi üzrə müvəqqəti komissiyası bu gün keçmiş SSRİ və Rusiyanın müxtəlif ölkələrdə ötən və indiki əsrdə yürütdüyü siyasətə dair 22 filmin çəkilməsi nəzərdə tutulan "İşğal" layihəsinin tamamlandığını elan edib.

Layihə Gürcüstanın İctimai Televiziyasının köməyi ilə çəkilib. Çəkilişlər Macarıstan, Baltikyanı ölkələr, Finlandiya, Çexiya, Əfqanıstan və digər ölkələrdə aparılıb.

Layihə Yaponiyadakı çəkilişlə tamamlanıb.

Layihəyə maliyyə dəstəyini Prezident Mixaeil Saakaşvili Fondu və Gürcüstanın Mədəniyyət Nazirliyi göstərib.

Film çəkiliş aparılan bütün ölkələrdə göstəriləcək.

Xəbər lenti

Xəbər lenti