...

Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir

Cəmiyyət Materials 12 Sentyabr 2011 10:04 (UTC +04:00)
Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir
Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirdə komitəyə üzv olan 53 ölkənin səhiyyə naziri və dövlət rəsmiləri iştirak edir. Tədbirdə ümumilikdə 350 nümayəndənin iştirakı gözlənilir.

Sessiyada 5 həyati əhəmiyyətli məsələ - yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİÇS və antibiotiklərdən düzgün istifadə problemləri milli və regional səviyyədə müzakirə olunacaq.

Tədbirin ilk günündə ÜST Avropa Regional Komitəsinin direktoru Jujanna Yakob, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Malyariya, Vərəm və QİÇS-lə Mübarizə üzrə Qlobal Fondun icraçı direktoru Mişel Kazaçkin çıxış edəcək.

Sessiya öş işini sentyabrın 15-də yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti