...

Kamran Əliyev: Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə effektli nəticəsini göstərir

Cəmiyyət Materials 16 Sentyabr 2011 12:34 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə effektli nəticəsini göstərir. Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev 3-cü Avroasiya Mühasiblər və Auditorlar Forumunda çıxışı zamanı deyib.
Kamran Əliyev: Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə effektli nəticəsini göstərir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə effektli nəticəsini göstərir. Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev 3-cü Avroasiya Mühasiblər və Auditorlar Forumunda çıxışı zamanı deyib.

"Korrupsiya ilə bağlı işlərin nəticələri üzrə təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bəhrəsini verir. Bir tərəfdən, "Qaynar xətt"ə edilən zənglərin sayının azalması müşahidə olunur, digər tərəfdən, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticisində 519 müraciət müsbət həll olunub", - Əliyev deyib.

İdarə rəisi bildirib ki, Baş Prokurorluqda korrupsiya ilə bağlı "Qaynar xətt"ə fəaliyyət göstərdiyi müddət ərzində korrupsiya ilə bağlı iki mindən artıq müraciət daxil olub.

Korrupsiya ilə əlaqədar olmayan 5 mindən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələri üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı izahlar verilib.

Əliyev deyib ki, müraciətlərdən 376-na (18,1 faiz) İdarədə baxılıb, 1700-ü (81,9 faiz) İdarə tərəfindən nəzarətdə saxlanılmaqla, aidiyyəti rayon şəhər prokurorluqlarına, nazirlik, komitə və digər qurumlara göndərilib və müvafiq cavabların alınması təmin edilib.

8 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanaraq 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Korrupsiya faktları ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat nazirlikləri və Əmlak Məsələri Dövlət Komitəsinə müvafiq təqdimatlar verilib.Təqdimatlara əsasən, həmin qurumlarda bir sıra işçilər intizam qaydasında cəzalandırılıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon Əhalinin sosial müdafiə mərkəzlərinin fəaliyyətində aşkar edilmiş korrupsiya faktları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti