...

Azərbaycanda yağışlı hava sabah da davam edəcək

Cəmiyyət Materials 19 Sentyabr 2011 12:06 (UTC +04:00)
Azərbaycanda buludlu və yağışlı hava sabah da davam edəcək. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanda yağışlı hava sabah da davam edəcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda buludlu və yağışlı hava sabah da davam edəcək. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumatda deyilir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti